Türkiyənin
"Beşiktaş" klubu ciddi itki ilə üzləşib. Sportnet.az-ın
məlumatına görə, İstanbul təmsilçisinin futbolçusu Mustafa
Pektemek zədələnib.
26
yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda keçirilən "Partizan"la oyunun son
dəqiqələrində sol ayaq biləyindən xəsarət alıb. Onun zədəsinin ciddi olduğu və
ən az 1 ay yaşıl meydanlardan uzaq qalacağı deyilir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan forvard 2011-ci ildə Super Liqa təmsilçisi "Gənclərbirliyi"ndən "Beşiktaş"a keçib.