Avropa Liqasının qrup mərhələsində "Dnepr”i qonaq edən "Qarabağ” doğma meydanda məğlub oldu.
Sportnet.az-ın məlumatına görə, rəqib komandanın futbolçusu Bruno Qama oyundan
sonra "2+2”
telekanalına oyun barədə fikirlərini bildirib.
Qama ilk öncə Ukraynada keçirilən ilk
oyuna toxunub: "Biz bilirdik ki, bizi yaxşı komplektləşmiş və ustalıqları
yüksək səviyyədə futbolçulardan ibarət komanda ilə çətin qarşılaşma gözləyir. Biz
lazımi qaydada hazırlaşmışdıq. Təəssüf ki, öz meydanımızda qələbə qazana
bilmədik. Ancaq artıq bu görüşdə qələbə qazandıq və qrupdan çıxmaq üçün
mübarizəmizi davam etdiririk.”
Futbolçu daha sonra oyun barədə
fikirlərini bildirib: "Bu cür dəstək istənilən futbolçunu motivasiya edər. Baxmayaraq
ki, bu dəstək rəqib komanda üçün idi. İstənilən futbolçu dolu tribunalar
qaşısında oynamaqdan zəvq alar.”
Qeyd edək ki, "Qarabağ” – "Dnepr” görüşü 2:1 rəqibin qələbəsi ilə başa çatıb.