
İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa Dənizkənarı Bulvarda baxmaq olacaq.
Sportnet.az-ın məlumatına görə, sözügedən qarşılaşma Azarkeş Festivalının ərazisində quraşdırılmış böyük monitorda nümayiş ediləcək. Azarkeş Festivalının ziyarətçiləri saat 23:00-dan etibarən final qarşılaşmasını canlı yayımda izləyə biləcəklər.
Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.