"Azərbaycanda futbol? Bu, futbola bənzərdir (gülür). Həqiqətən də stadionların dolduğu bəzi oyunlar olur. Qalanlarına isə bir qədər az tamaşaçı gəlir. Bu, əsasən, komandalardan asılı olur".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Baqali Dabo "France Football"a açıqlamasında deyib. 31 yaşlı hücumçu bildirib ki, Azərbaycan Premyer Liqasının səviyyəsi Fransada Liqa 1-dən Milli Liqayadək 3 çempionatın qarışığıdır. O, hazırkı durumundan razılıqla danışıb: "Mənim üçün hər şey yaxşı gedir. Hər il Avropa klublarına yollanmaq imkanım olur. Fransada komandaların çoxu Avropa kuboklarına vəsiqə qazanmaqda çətinlik çəkir. Bizdə isə problem budur ki, mübarizəyə I təsnifat mərhələsindən başlayacağıq. Qaldı ki, Premyer Liqada hər mövsüm titul uğrunda mübarizə aparıram. Yəni, bu, yaxşı haldır. Əmək haqqından isə şikayətlənə bilmərik".