
İngiltərənin "Liverpul" klubunun avtobusu UEFA Çempionlar Liqasının final oyununun keçiriləcəyi "Vanda Metropolitano" stadionunda tunelə ilişib.
Sportnet.az "Capital Liv News"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi yarım saat ərzində tuneldə qalıb. Hadisənin detalları dəqiqləşdirilməyib.
Qeyd edək ki, "Liverpul" finalda İngiltərənin digər təmsilçisi "Tottenhem"lə qarşılaşacaq. İspaniyanın paytaxtı Madriddəki görüş iyunun 1-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.