AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, toplantı iyunun 3-də “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında başa tutacaq. İclasın gündəliyinə iki mövzu daxil edilib.
Bunlar Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı və digər məsələlərdir.