Alvaro Arbeloa İspaniya "Real Madrid"inin baş məşqçi postundan ayrılıb.
Sportnet.az xəbər verir ki, 43 yaşlı mütəxəssis cari mövsümün ikinci yarısından rəhbərlik etməyə başladığı komandanı tərk edib.
Arbeloa bu vəzifədə Xabi Alonsonu əvəzləmişdi.
İspaniya mətbuatında yayılan xəbərlərə görə, Madrid təmsilçisi portuqaliyalı məşqçi Joze Mourinyo ilə razılıq əldə edib. Təcrübəli mütəxəssis daha əvvəl 2010 - 2013-cü illərdə də “Real Madrid”in sükanı arxasında olub.
La Liqada mövsümün bitməsinə bir tur qalmış “kral klubu” 83 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində isə madridlilər iki oyunun nəticəsinə əsasən Almaniya “Bavariya”sına 4:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.













































































