"Qəbələ" klubu futbolçusu Elvin Camalovla yollarını ayırıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Camalov əsas komandada 2013/14 mövsümündə debüt edib. “Qırmızı-qaralar”ın heyətində 141 oyun keçirən oyunçu Premyer Liqada 111, Azərbaycan kubokunda 18, UEFA Avropa Liqasında 12 dəfə meydana çıxıb.
Azərbaycan millisinin futbolçusu “Qəbələ”nin heyətində ölkə çempionatlarında iki gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Yarımmüdafiəçi 2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan kubokunun üç dəfə - 2013/14, 2016/17 və 2017/18 finalçı olub.
Klub daha öncə kapitanı Cavid Hüseynovla da vidalaşıb.