Rusiyanın "Krılya Sovetov" klubunun və Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə matçında Slovakiyaya böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
Sportnet.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu şəxsi "Facebook" səhifəsində yazıb. Şeydayev oyundan sonra müsahibə zamanı ağlaması ilə bağlı məsələyə də aydınlıq gətirib: "Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Müsahibədə ağlamamışam, tərimi silirdim".
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzub. Matçda millinin yeganə qolunu Ramil Şeydayev vurub.