“Qəbələ” yeni mövsümün hazırlığına start verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib. 2019/2020 mövsümünə hazırlıq çərçivəsində baş tutan ilk məşq iki hissədən ibarət olub. Öncə futbolçular fiziki hazırlıq keçiblər. Ardınca komanda üzvləri meydanda məşq ediblər. Sənan Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıqda əsasən toplu çalışmalar yerinə yetirilib. Növbəti məşq bu gün axşam saatlarında gerçəkləşdiriləcək.
Qeyd edək ki, yeni mövsümə hazırlığın ilk mərhələsi iyunun 29-dək davam edəcək. Həmin gün “Qəbələ” Bakıda “Zirə” ilə yoxlama oyunu keçirəcək.