
"Keşlə" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, paytaxt təmsilçisi son olaraq Hollandiyanın "NEC Nijmegen" komandasında çıxış edən Ziya Əzizovu heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ziya Əzizov Azərbaycanın U-21 millisinin üzvüdür.