
“Qarabağ”ın Çempionlar Liqasının I və II təsnifat mərhələlərində ev oyunlarını keçirəcəyi stadion açıqlanıb.
Sportnet.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi rəqiblərini “Dalğa Arena”da qəbul edəcək. Buna səbəb 21 - 27 iyul tarixlərində Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsidir. Festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Albaniyanın “Partizani” komandası ilə qarşılaşacaq. Ağdam təmsilçisi növbəti raunda vəsiqə qazanacağı təqdirdə, “Dandolk” (İrlandiya) / “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.