"Ağır məşqlərin fonunda oyun keçirdik. Düzdür, yoxlama görüşlərində nəticə vacib deyil. Bununla belə, qələbə qazandığımız üçün şadam".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Namik Ələskərov Türkiyənin Bolu toplanışında Rusiya "OİK-Xabarovsk" komandasına 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. İlk qolun müəllifi bildirib ki, əsas məsələ Avropa Liqasında Rumıniya "Sperantsa"sına qarşı keçirəcəkləri I təsnifat mərhələsinin oyunlarına tam hazır olmaqdır: "Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik. Bugünkü oyun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli oldu”.
Qeyd edək ki, "Neftçi" "Sperantsa" ilə ilk görüşünü iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda, cavab görüşünü isə iyulun 18-də "Bakcell Arena"da keçirəcək.