
"Səbail" komandası heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az-ın məlumatına görə, Avropa Liqasına hazırlaşan klub Bilal Həmdi ilə müqavilə bağlayıb. Fransalı yarımmüdafiəçi ötən mövsüm "Zirə"də çıxış edib.
Qeyd edək ki, "Səbail" daha əvvəl "Zirə"dən qapıçı Kamal Bayramov və yarımmüdafiəçi Dilan Duventrunu da transfer edib.