İsveçrə milli komandasının qadın futbolçusu Floriyana İsmaili vəfat edib.
Sportnet.az-ın məlumatına görə, ölkəsinin "Yanq Boys" komandasının kapitanı olan 24 yaşlı yarımmüdafiəçi İtaliyanın şimalındakı Komo gölündən boğulub. Onun meyiti gölün 204 metr dərinliyində tapılıb.
UEFA prezidenti Aleksandr Çeferin oyunçunun vəfatı ilə bağlı ailəsinə və dostlarına baş sağlığı verib.
Qeyd edək ki, Florijana İsmaili 2014-cü ildən İsveçrə millisinin formasını geyinib. Futbolçu 2011-ci ildən "Yanq Boys"da çıxış edib.