
Avropa Liqasının I təsnifat mərhələsində "Səbail" və Rumıniyanın "Universitatya" (Krayova) komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, qiyməti 1 manat və 3 manat olan biletləri iticket.az saytından və iTicket şirkətinin bütün satış məntəqələrindən əldə etmək olar.
Biletlər Heydər Əliyev Sarayının kassalarında, 28 Mall, Gənclik Mall, “ASAN Xidmət” Mərkəzlərində – 1 saylı Bakı “ASAN xidmət” mərkəzi, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi (Xətai rayonu), 3 saylı Bakı “ASAN xidmət” mərkəzi (Yasamal rayonu), 4 saylı Bakı “ASAN xidmət” mərkəzi (Bakıxanov qəsəbəsi) və Sumqayıt “ASAN xidmət” mərkəzlərində satışdadır.
Qeyd edək ki, iyulun 11-də Bayıl stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.