AFFA baş katibinin müavini Sərxan Hacıyev növbəti təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Hacıyev Macarıstanda "Fehervar" və Lixtenşteyn "Vaduts"u arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq. Görüşü Kay Erik Stinin rəhbərliyi altında norveçli hakimlər briqadası idarə edəcək. Hakim-inspektor isə rusiyalı Nikolay İvanov olacaq.
İyulun 25-də Felçut şəhərindəki "Panço Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.