Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Aysun Əliyevanın yeni klubu müəyyənləşib.
Sportnet.az AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Əliyeva Qazaxıstanın "Okjetpes" komandasına keçib.
Onunla 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, daha öncə yığmanın digər üzvləri Nərgiz Hacıyeva, Manə Mollayeva və Vüsalə Seyfəddinova Rusiyanın "Ryazan" klubu ilə 5 aylıq müqaviləyə qol çəkib.