Bu gün 2019/2020 avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqasında (ÇL) 7, Avropa Liqasında isə 1 görüş baş tutacaq.
Azərbaycan çempionu "Qarabağ" ÇL-in II təsnifat mərhələsində ilk oyununu İrlandiyada "Dandolk"a qarşı keçirəcək.
Ağdam təmsilçisi bu mərhələni adlaya bilməsə, Avropa Liqasının III raundunda “Slovan” (Bratislava, Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi ilə görüşəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
21:00. BATE (Belarus) – “Rusenborq” (Norveç) - 2:1
Qollar: İqor Staseviç, 5 (pen.). Maksim Skavış, 51 - Anders Konradsen, 25
22:00. "CFR Kluj" (Rumıniya) - “Makkabi” (Tel-Əviv, İsrail) - 1:0
Qol: Billel Omrani, 22
22:00. “Ferensvaroş” (Macarıstan) - “Valetta” (Malta) - 3:1
Qollar: Henri Bonello, 19 (öz qapısına). Davide Lanzafame, 36 (penalti ilə); 59 - Yuri De Xesus Messias, 85
Qırmızı vərəqə: Stiv Borq, 90+4 ("Valletta")
22:15. “Maribor” (Sloveniya) - AIK (İsveç) - 2:1
Qollar: Rok Kranoveter, 6. Saşa İvkoviç, 38 - Henok Qoytom, 28
22:45. “Seltik” (Şotlandiya) - “Nımme Kalyu” (Estoniya) - 5:0
22:45. “Dandolk” (İrlandiya) - “Qarabağ” (Azərbaycan) - 1:1
Qollar: Patrik Hoban, 78 - Mahir Emreli, 4
22:45. “Srvena Zvezda” (Serbiya) - HİK (Finlandiya) - 2:0
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. “Slovan” (Bratislava, Slovakiya) – “Feronikeli” (Kosovo) - 2:1