
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Zirə" Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçilik etdiyi kollektiv Rumıniyanın "Konkordiya" kollektivi ilə üz-üzə gəlib.
Ankaranın Kızılcahamam bölgəsində təşkil olunan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.