Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Dandolk” oyununda qalmaqal baş verib.
Sportnet.az xəbər verir ki, oyunun təhlükəsizliyindən cavabdeh olan polis işçiləri ilə azarkeşlər arasında dava düşüb.
Qarşılaşmanın 70-ci dəqiqəsindən etibarən polis işçiləri böyük qüvvə ilə “İmarət” fan-klubunun yer aldığı tribunaya qalxıb, bir neçə azarkeşə fiziki müdaxilə edib. Bu isə digər fanatların narazılığına səbəb olub. Nəticədə fan-klub üzvlərinin böyük hissəsini ordan uzaqlaşdırmağa müvəffəq olan polislər digərlərini isə “mühasirə”də saxlayıb.
Qeyd edək ki, son dəqiqələri gedən matçda “Qarabağ” 2:0 hesabı ilə öndədir.