 

"Qəbələ”
klubu bu gün növbəti yoxlama matçını keçirib. Sportnet.az-ın məlumatına görə, "Sumqayıt”la
qarşılaşan "qırmızı-qaralar” qələbə qazanıb.
	
	
Oyunda
hesabı "Qəbələ” açıb. Dodo ilk qolun müəllifi olub. Tofiq Mikayılov "Sumqayıt”ın
bərabərlik topunu vursa da, Markinyoşun qolu "Qəbələ”yə qələbə qazandırıb - 2:1.
	
	
Qeyd edək ki, "Qəbələ” ilk yoxlama oyununda əvəzedici komandasını 3:0 məğlub etmişdi.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































