 

"Qarabağ”ın Avropa
Liqasındakı rəqibi "Sent-Etyen” komandasının futbolçusu zədələnib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə millisinin üzvü Mövlud Ərdinç Braziliya
ilə keçirilən yoldaşlıq matçında zədə alıb.
	
	
Braziliya
ilə oyunda 45 dəqiqə meydanda olan "Sent-Etyen"in futbolçusu zədə
səbəbindən fasilədən sonra əvəzlənib. Futbolçu artıq yığmanın düşərgəsini tərk edərək
Fransaya qayıdıb. Lakin onun hansı müddətə sıradan çıxdığı hələlik məlum
deyil.
	
	Ərdinç zədə səbəbindən noyabrın 16-da keçiriləcək Türkiyə - Qazaxıstan oyununda komandasına kömək edə bilməyəcək. Lakin "Sent-Etyen"in heyətində noyabrın 27-si "Qarabağ"la Avropa Liqası matçında iştirakına tibbi müayinədən sonra aydınlıq gələcək.
	
	
Qeyd edək ki, Türkiyə - Braziliya matçı qonaqların böyük hesablı qələbəsi ilə bitib – 0:4.








 
                 





 
     
     
     
     
     
     
     
     
    
























































