
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov 4 illik müqavilə bağladığı İspaniya çempionatının I Divizion klubu “Albasete”də məşqlərə başlayıb.
Sportnet.az-ın “Aupa Alba” portalına istinadən xəbər verir ki, əzələsində problem olan 27 yaşlı yarımmüdafiəçi komanda ilə birgə hazırlıq prosesində iştirak edib. O, məşqin ikinci hissəsində fərdi şəkildə çalışıb. Lakin İsrafilovun sentyabrın 1-də III turun Xixon “Sportinq”i ilə səfər matçında meydana çıxacağı sual altındadır.
Qeyd edək ki, Eddi İsrafilov zədəsini yeni sağaltığı üçün Azərbaycan millisinin sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarına çağırılmayıb.