İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliya təmsilçisi “İnter”də davam etdirəcək.
Sportnet.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, 31 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün Milana gəlib. Çilili forvardın bu gün “İnter”lə müqavilə bağlayacağı gözlənilir.
Daha öncə bildirilirdi ki, Sançes yeni komandasında 1 illik icarə əsasında oynayacaq. Onun 550 min avro təşkil edən həftəlik maaşının yarısını “İnter”, yarısını isə “Mançester Yunayted” ödəyəcək. Sözləşməyə əsasən, italiyalılar 2019/2020 mövsümü başa çatandan sonra onu 15 milyon avroya ala bilərlər.
Qeyd edək ki, “İnter” bir müddət əvvəl “Mançester Yunayted”dən belçikalı hücumçu Romelu Lukakunu 84 milyon avroya transfer edib.