"Maraqlı oyun keçdi. İlk hissədə yaxşı oynadıq. Lakin ikinci hissədə rəqib üstün çıxış etdi. Hesab oyuna görə oldu".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın III turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sona mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssisin sözlərinə görə, rəqibin yaxşı oyunu onları müdafiəyə çəkilməyə sövq edib: "Qapımıza penalti təyin ediləndən sonra həyəcan vardı. Rəqibin də haqqını yemək olmaz. Fasilədən sonra məcburiyyətdən arxada oturduq. 3 oyuna 2 xal ürəyimizcə deyil".