
İngiltərənin "Börnli" klubunun futbolçusu Denni Drinkouteri 6 nəfər döyüb.
Sportnet.az-ın məlumatına görə, müqavilə üzrə "Çelsi"yə məxsus olan 29 yaşlı yarımmüdafiəçi gecə klubu qarşısında ciddi fiziki təzyiqə məruz qalıb. İçkili olan Drinkouter "Skantorn Yunayted"in futbolçusu Kqosi Ntlenin rəfiqəsinə "ilişib". O, "Ntlenin fikri maraqlı deyil, sən mənimlə getməlisən" deyib. Drinkouterdən qızı sakit buraxması xahiş olunsa da, o, həmkarının üstünə atılıb. Gecə klubunun əməkdaşları "Börnli"nin oyunçusunu çölə çıxarıblar. Daha sonra 6 nəfər həmin futbolçunu döyməyə başlayıb. Onlar oyunçunun futbolla məşğul olmasını bildikləri üçün ayağını sındıracağı ilə hədələyiblər.
Drinkouter bu hadisəyədən sonra bir ayadək sıradan çıxıb.
Qeyd edək ki, Denni Drinkouter "Lester"in heyətində İngiltərə çempionu, "Çelsi"də isə ölkə kubokunun sahibi olub. O, "Börnli"də bu mövsüm bir oyunda çıxış edib.