AVRO-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan - Xorvatiya matçında meydana iki azarkeş daxil olub.
Sportnet.az məlumatına görə, fanatlar qarşılaşma başa çatan kimi futbolçulara tərəf qaçmağa başlayıblar. Polis onlara dərhal müdaxilə edib. Azərbaycan millinin yarımmüdafiəçisi Qara Qarayev azarkeşə tərəf gedərək onu polisin əlindən alıb.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və Azərbaycan yığması seçmə mərhələdə ilk xalını qazanıb.