
"Məşqçi oyunda Loran Mehdinin yerinə təzə qan gətirməyimi istədi, mən də bu işi etdim. Vəziyyəti öz əlimizə keçirdik və 82-ci dəqiqədə hesab bərabərləşdi. Sonra isə 3:4 oldu. Bu dəlilik idi. Həqiqətən həyacan keçirirdik. Klub üçün tarixi qələbə idi. Oyundan çox zövq aldım. Daha yaxsını xəyal edə bilməzdim".
Sportnet.az "Dhnet" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən Lüksemburq "Düdelanj"ının futbolçusu Tibo Leskua qrup mərhələsinin I turunda Kiprdə APOEL-i məğlub etdikləri (4:3) oyun barədə danışarkən deyib.
24 yaşlı cinah müdafiəçisi qrupdakı digər rəqibləri "Qarabağ" və "Sevilya" barədə də danışıb: "APOEL ilə oyunda itirəcək bir şeyimiz yox idi. "Qarabağ"a qarşı diqqətli olmalıyıq, "Sevilya"ya nisbətən daha az tanınsa belə".
Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" matçı oktyabrın 3-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi qrupdakı ilk oyunda evdə İspaniya "Sevilya"sına uduzub - 0:3.