
Azərbaycanda təşkil olunan IV Caspian Cup turnirində yarımfinal oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, Bayıl
stadionunda baş tutmuş qarşılaşmalarda sürpriz qeydə alınmayıb.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İrana, Tacikistan yığması isə Türkiyəyə minimal hesabla uduzub. Beləliklə, finalda İran və Türkiyə üz-üzə gələcək.
3 iyun
17:00. Azərbaycan U-17 – İran - 0:1
"Bayıl Arena" stadionu
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Rəvan Həmzəzadə, Yusif Nurullayev
AFFA nümayəndəsi: Qabil Nərimanov
Hakim-inspektor: Şahin Cəfərov
20:00. Tacikistan – Türkiyə - 0:1
"Bayıl Arena" stadionu
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Habil Əliyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xəqani Məmmədov