
Bu gün "Qarabağ" rəhbərliyi ilə Lüksemburqdakı Qarabağ Azərbaycan Mədəniyyət Assosiasiyası arasında işgüzar görüş keçirilib.
Sportnet.az-ın məlumatına görə, görüşdə assosiasiya üzvlərinin "Düdelanj"la Avropa Liqasının qrup mərhələsinin II tur matçında Azərbaycan təmsilçisinə dəstək olacaqları vurğulanıb.
Qeyd edək ki, oktyabrın 3-də "Jozi Bartel" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.