19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib meydan sahibi Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması olub. Görüş yeli kollektivin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Görüşü maltalı Alan Mario Sant idarə edib. Ona həmyerlisi Luke Portelli ilə xorvatiyalı Hrvoye Radiç yardımçı olub. Dördüncü hakim isə daha bir xorvatiyalı Fran Joviç olub