AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Premyer Liqa və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2020-21-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclas iştirakçıları 3 mövzu ətrafında məlumatlandırılıb:
- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat;
- Ötən mövsümün icmalı;
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı.
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.