"Azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm. Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın məşqçisi Rövşən Babayev "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
O, bildirib ki, komandada heç bir problem yoxdur: "Hamımız bir qədər də artıq çalışmalıyıq".
Babayev oyun başa çatandan sonra "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin referi Kamal Umudlunu vurmaq istəməsinə də münasibət bildirib: "Bu hadisəni araşdıracağıq, bundan sonra qərar verəcəyik. Şəxsi münasibətim isə mənfidir".