Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvan kuboku – 95” beynəlxalq turnirinə yekun
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 13-14 yaşlı futbolçular arasında təşkil olunub.
Turnirin son turunun oyunları Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib. Həlledici qarşılaşmadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Özbəkistanın “Əndican” komandası ilk dəfə təşkil olunan “Naxçıvan kuboku-95” beynəlxalq turnirinin qalibi olub. “Qarabağ” gümüş, Özbəkistanın digər təmsilçisi “Qaraqalpakstan” komandası isə bürünc medallar qazanıb.