"Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçından əvvəl Kipr APOEL-i üçün şam yeməyi təşkil edib.
Sportnet.az Nikosiya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gecədə Ağdam klubunun idarə heyətinin üzvü Fevzihan Aras APOEL-li həmkarına Qarabağ atının təsviri olan xatirə hədiyyəsi təqdim edib. Meydandan kənarda qonaqpərvərliyə görə təşəkkürünü bildirən rəqib komanda meydanda öz şərəfi və tarixi uğrunda mübarizə aparacaqlarını bildirib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:55-də başlanacaq.