
Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçına hazırdır.
Sportnet.az-ın məlumatına görə, görüş öncəsi stadionun tribunalarına 30 minədək bayraq düzülüb. Artıq satışda cəmi 2 min bilet qalıb ki, onların da oyunadək tam satılacağı gözlənilir.
Qeyd edək ki, oyun saat 20:55-də başlanacaq.