
Kipr APOEL-inin futbolçusu Uroş Matiçin həyat yoldaşı Yelena Matiç oktyabrda hökm sürən isti havaların dadını çıxarır.
Sportnet.az-ın məlumatına görə, cazibədar xanım Matiç Protaras çimərliyində günəş şüaları qəbul edir.
Qeyd edək ki, Uroş Matiç Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la Bakıdakı cavab görüşündə ikinci qolun müəllifi olub. Məhz onun qolu sayəsində Azərbaycan təmsilçisi iki oyunun nəticəsində (2:1, 0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Hazırda hər iki komanda Avropa Liqasında eyni qrupda yer alıb. Oktyabrın 24-də Bakıda keçirilmiş görüşdə qalib müəyyənləşməyib - 2:2. Nikosiyadakı qarşılaşma noyabrın 7-də olacaq.