AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sergio Osvaldo Perez Gunella ilə görüşüb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Argentina arasında futbol sahəsində münasibətlərin daha da yaxşılaşdırılması və AFFA və Argentina Futbol Assosiasiyasının əməkdaşlıq perspektivləri müzakirə olunub.