
"Qəbələ" klubu sabiq legioneri İbrahima Niasseni geri qaytarmağı qərara alıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, seneqallı yarımmüdafiəçi kollektivə yaxın günlərdə qoşulacaq. Onunla mövsümün sonunadək müqavilənin bağlanılacağı gözlənilir.
Qeyd edək ki, 2013/2014 mövsümündə də "Qəbələ"də çıxış etmiş İbrahima Niasse 29 oyuna 1 qol vurub. 31 yaşlı futbolçu Azərbaycanda "İnter"də ("Keşlə") də çıxış edib. O, daha sonra “Mordoviya” (Rusiya), “Konkordiya” (Rumıniya), “Delhi Dinamos” (Hindistan), “Levadiakos” (Yunanıstan) və “Raca Kasablanka” (Mərakeş) komandalarının formasını geyinib.