
Hazırda Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe
qəsəbəsində toplanışda olan Bakının "İnter” komandası növbəti məşqinə çıxıb. Sportnet.az-ın
klub saytına istinadən məlumatına görə, səhərki çalışmalara futbolçular trenajor
zalında başlayıblar.
Daha sonra komanda üzvləri meydana çıxıblar. Fiziki
xarakterli məşq isinmə hərəkətlərindən, müxtəlif məsafələrə qaçışdan və digər hərəkətlərdən
ibarət olub.
Qeyd edək ki, paytaxt təmsilçisinin bu gün üçün nəzərdə tutulan ikinci məşqi Türkiyə vaxtı ilə saat 17.00-da başlanacaq.













