UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun matçlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Sportnet.az xəbər verir ki, ən yaxşı seçilməyə ingiltərəli Markus Raşford (“Mançester Yunayted”, İngiltərə), fransalı Entso Krivelli (“Başakşehir”, Türkiyə) və ispaniyalılar - Esteban Qranero (“Espanyol”, İspaniya) ilə Munir El Haddadi (“Sevilya”, İspaniya) iddia edirlər.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.