AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandaları ilə keçirəcəyi oyun ərəfəsində Slovakiya yığmasının heyətində dəyişiklik edilib.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavel Hapal təşkil etdiyi mətbuat konfransında bildirib. 50 yaşlı mütəxəssisin sözlərinə görə, zədəli yarımmüdafiəçi Laslo Beneşi (“Borussiya”, Mönxenqladbax, Almaniya) Nikolas Şpalek (“Breşiya”, İtaliya) əvəzləyib.
Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.