"Keşlə" klubunun baş məşqçisi Tərlan Əhmədov hələ də ictimai nəqliyyatdan istifadə edir.
Sportnet.az-ın məlumatına görə, bu dəfə 48 yaşlı mütəxəssis Hovsan avtobusunda görüntülənib. Fotonu jurnalist Tural Tağıyev sosial şəbəkədə paylaşıb.
Azərbaycan millisinin sabiq kapitanı daha əvvəl metroda "yaxalanmışdı".
Qeyd edək ki, hazırda "Keşlə" Azərbaycan Premyer Liqasında 11 oyundan 19 xalla 2-ci pillədə qərarlaşıb.