Azərbaycanda "Xocalı" adlı yeni futbol klubu fəaliyyətə başlayıb.
Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar klubun, Xətai İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri "Ana harayı" abidəsini birgə ziyarət edib.
“Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: "Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq 6-12 yaşlarında uşaqlar məşqlərə başlayıb. Gələcəkdə isə 19 yaşlılar arasında Azərbaycan çempionu olub, UEFA Gənclər Liqasında "Xocalı" adını layiqincə qorumaqdır. Klub hazırda Masazırdakı stadionda məşq edir”.