İtaliya A Seriyasında XIII turun "Leççe" - "Kalyari" matçı pis hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, Leççe şəhərindəki "Via Del Mare" stadionunun qazonu leysan üzündən oyun üçün əlverişsiz vəziyyətə düşüb. Baş hakim Mauritsio Mariani əvvəlcə matçın başlamasını bir saat gecikdirib. Ardından o, məsləhətləşmədən və yekun yoxlamadan sonra görüşün ertələnməsinə qərar verib. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. "Leççe" 12 oyundan 10 xalla 17-ci, "Kalyari" 24 xalla 5-ci yerdə gedir.
Qeyd edək ki, daha əvvəl XIII turun "Torino" - "İnter" qarşılaşması da pis hava şəraitində oynanılıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0.