
Bu gün “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun ad günüdür.
Sportnet.az-ın məlumatına görə, tanınmış klub funksionerinin 55 yaşı tamam olur.
Məmmədov 2004-cü ildən seçildiyi postda 2 dəfə ölkə çempionluğu, 3 dəfə kubok qazanıb. Onun rəhbərliyi altında "Bakı" Avropa Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Məmmədov 8 böyük futbol meydançası olan və 300 uşağın təlim aldığı futbol akademiyasından ibarət möhtəşəm bir futbol bazasını Azərbaycan futboluna təqdim edib. Hazırda bu akademiyanın məzunlarından 40-ı Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında forma geyir. “Bakı”nın yetirmələrinə Premyer Liqa və I divizionun əksər klublarında rast gəlmək mümkündür.
"Bakı" Azərbaycan Premyer Liqasında çıxış etdiyi vaxt İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə əməkdaşlıq edib. Bunun nəticəsində hər iki klubun oyun formasında "Azerbaijan - Land of fire" loqotipi görüntülənib.
Qeyd edək ki, hazırda "Bakı" klubu fəaliyyət göstərmir.