“Kəpəz”in futbolçusu Raul İsaqov Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə meydançaya çıxan ən gənc futbolçu olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hücumçu XXXII turun “Araz-Naxçıvan”la səfər qarşılaşmasında şans qazanıb.
O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. İsaqov qarşılaşmanın 81-ci dəqiqəsində meydançaya daxil olub.
Qeyd edək ki, “Kəpəz” səfər matçında 0:2 hesabı ilə uduzub.








































































