Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun klubu Almaniya “Proyssen”ində baş məşqçi istefası gerçəkləşib. Sportnet.az xəbər verir ki, Sven Hübşer III Liqa təmsilçisi baş məşqçisinin sükanı arxasından göndərilib.
Klubun baş direktoru Malte Metselder Hübşerlə yanaşı, köməkçisi Tobias Helviqin də istefaya göndərildiyini bildirib. “Proyssen” müvəqqəti olaraq U-19 komandasının baş məşqçisi Arne Barezə tapşırılıb.
Qeyd edək ki, 17 oyundan sonra 13 xal toplayan komanda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.