
UEFA 2020-ci il Avropa çempionatının 4 oyununu təşkil edəcək Bakı şəhərinə prodüser təyin edib.
Sportnet.az-ın məlumatına görə, bu, İspaniyanın ilk təmsilçisi Oskar Laqo Domingesdir. "Mediapro" qrupunun prodüseri Azərbaycan paytaxtı üzrə yaradıcı komandaya rəhbərlik edəcək. O, əvvəllər 2010 və 2019-cu illərdə Madriddə keçirilmiş Çempionlar Liqasının final qarşılaşmalarında da eyni vəzifədə çalışıb. Dominges Çempionlar Liqasının 100-dən çox, La Liqanın 1000, Libertadores Kubokunun final qarşılaşmasında, 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında və İspaniya Qran-prisində iştirak edib.
"Mediapro" böyük idman tədbirlərinin təşkilində böyük təcrübəyə malikdir. Şirkət Bakıya 51 nəfərlik heyət göndərəcək. Onlardan 28-i operator olacaq.
Qeyd edək ki, Bakıda AVRO-2020-nin 4 oyunu olacaq. İyunun 13-də İsveçrə ilə Uels, iyunun 17-də Türkiyə ilə Uels, iyunun 21-də Türkiyə ilə İsveçrə yığmaları üz-üzə gələcək. İyulun 4-də isə 1/4 final matçı təşkil ediləcək. Qarşılaşmaların hamısı Bakı Olimpiya Stadionunda keçiriləcək.